Reading view

Sxadadze: “Nəticə qazanmaqda çətinlik çəkirik”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 25-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü “Qəbələ”nin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bayram münasibətilə hər kəsi təbrik edirəm. Çox axmaq qollar buraxırıq. “Neftçi” ilə oyunu yada salsaq, həmin oyunda da cərimə meydançasında bizim 4, onların 1 futbolçusu var idi. Lakin çox asan qol buraxdıq. Azarkeşləri də başa düşürəm. Təbii ki, nəticəyə baş məşqçi cavabdehdir. Mən də qorxmuram, cavab verməyə hazıram. Biz rəqibə bütün komponentlərdə uduzmuruq. Futbolçularda konsentrasiya problemi olduğunu düşünürəm. Biz bundan sonra daha yaxşı hazırlaşmağa çalışacağıq. Liqada qalmaq üçün əlimizdən gələni edəcəyik.

Təbii ki, komanda uduzanda üzərimizdə daha çox təzyiq olur. Son ayyarımda 11 oyun keçirdik. Bu gərginlikdə matçlar keçirmək oyunçularda psixoloji problem yaratmışdı. Daha güclü olmalıyıq. Qışdan sonra daha yaxşı oynayırdıq. Lakin nəticə qazanmaqda çətinlik çəkirik. Vaxt var. Bundan sonra daha yaxşı çıxış etməliyik”.

“Qorxmuram, cavab verməyə hazıram” – Sxadadze

Misli Premyer Liqasının XXV turunun “Turan Tovuz” – “Qəbələ” oyunundan (3:2) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Çox axmaq qollar buraxırıq. “Neftçi” ilə oyunu yada salsaq, həmin oyunda da cərimə meydançasında bizim 4, onların 1 futbolçusu var idi. Lakin çox asan qol buraxdıq. Azarkeşləri də başa düşürəm. Təbii ki, nəticəyə baş məşqçi cavabdehdir. Mən də qorxmuram, cavab verməyə hazıram. Rəqiblərə bütün komponentlərdə uduzmuruq. Sadəcə bəzi məqamlarda diqqət əskikliyi olur. Liqada son mərhələyə başlayacağıq. Daha yaxşı olmağa çalışacağıq.

– Futbolçularda psixoloji baxımdan problem olduğu görsənir. Baş məşqçi kimi bu problemi aradan qaldırmaq üçün hansı addımı atmağı düşünürsünüz?
– Təbii ki, komanda uduzanda üzərimizdə daha çox təzyiq olur. Son ay yarımda 11 oyun keçirdik. Bu gərginlikdə matçlar keçirmək oyunçularda psixoloji problem yaratmışdı. Daha güclü olmalıyıq. Qışdan sonra daha yaxşı oynayırdıq. Lakin nəticə qazanmaqda çətinlik çəkirik. Qarşıda fasilə var. Bu vaxtdan istifadə etməyə çalışacağıq.

Sxadadze: “Çox üzücü qollar buraxırıq”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşü meydan sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Fikrimcə, bərabər səviyyədə bir oyun keçdi. Oyuna yaxşı başlamışdıq. Pressinq edirdik. Qol vəziyyəti yaratdıqdan sonra penaltidən fərqləndik. Lakin çox üzücü qollar buraxırıq. Birinci qolda standart vəziyyətdən sonra top futbolçumuzun belinə dəydi. İkinci qolda təhlükəli bir vəziyyət olmayan yerdə əllə oyun… Bu səviyyədə belə səhvlər buraxmaq olmaz. Xüsusilə də “Neftçi” kimi komanda ilə matçda.

Birinci hissədə rəqibin təzyiqi olmayanda da mərkəzdə özümüz toplar itirirdik. Psixoloji baxımdan işləmək lazımdır. Böyük hesablı məğlubiyyətdən sonra yenə uduzduq. Bu, futbolçulara psixoloji baxımdan pis təsir edir. Fiziki və taktiki baxımdan problem yoxdur. Sadəcə, inamlı və etibarlı oynamaq lazımdır.

Müəyyən müddətdir burada işləyirəm. Bəzi azarkeşlərin istefaya səsləməsini anlamıram. Avropada bu cür hallarda komandaya və baş məşqçiyə sona qədər dəstək olurlar. İstefaya səsləyənlər 13-14 yaşlı uşaqlardır”.

❌