Reading view

“Gəncə” pley-offa vəsiqə qazandı

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksələn daha bir komanda bəlli olub.

Futbolpress.az xəbər verir ki, pley-in mərhələsinin ikinci görüşləri çərçivəsində “Lənkəran” “Gəncə”ni qəbul edib.

Oyun Qərb təmsilçisinin 101:77 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında ilk oyunda da “Gəncə” rəqibini 91:55 hesabı ilə üstələmişdi.

Xatırladaq ki, daha əvvəl “Naxçıvan” və “Şəki” komandaları da Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəliblər.

❌