Reading view

“Yuventus” heyətini ulduz qapıçı ilə gücləndirmək istəyir

İtaliya nəhəngi “Yuventus” qapıçı mövqeyini gücləndirmək üçün hədəfini İngiltərəyə yönəldib.

Futbolpress.az yazır ki, Turin klubunun əsas məqsədi “Liverpul”un braziliyalı ulduzu Alisson Bekkeri transfer etməkdir.

​İtaliyanın nüfuzlu “La Gazzetta dello Sport” nəşrinin məlumatına görə, “qoca sinyora” yay transfer pəncərəsində hazırkı qapıçısı Mikele Di Qreqorio ilə yollarını ayırmağı planlaşdırır. Rəhbərlik boşalan çərçivəni məhz Alissonla doldurmaq niyyətindədir.

Xəbərdə bildirilir ki, “Yuventus” rəsmiləri artıq 33 yaşlı qolkiperin nümayəndələri ilə təmas qurublar və görüşlər kifayət qədər müsbət keçib. Daha öncə İtaliyada “Roma”nın uğurları üçün çıxış edən Alissonun yenidən A Seriyasına qayıtmağa isti yanaşdığı vurğulanır.

“Liverpul”la 2027-ci ilə qədər müqaviləsi olan təcrübəli qapıçı bu mövsüm Premyer Liqada çıxdığı 25 matçda qapısında 30 qol görüb.

❌