Premyer Liqa: “Vest Hem” qonaqlara rəhm etmədi
İngiltərə Premyer Liqasının XXXll turunda Londonun “Vest Hem” klubu doğma meydanda “Vulverhempton”u qəbul edib.
Futbolpress.az xəbər verir ki, Olimpiya Stadionunda keçirilən qarşılaşma ev sahiblərinin 4:0 hesablı parlaq qələbəsi ilə başa çatıb.
“Çəkicdöyənlər”ə qələbə qazandıran qolları 42 və 83-cü dəqiqələrdə Konstantinos Mavropanos, 66 və 68-ci dəqiqələrdə isə Tati Kastelyanos vurub.
Bu qələbə sayəsində xallarının sayını 32-yə çatdıran “Vest Hem” təhlükəli zonadan uzaqlaşaraq 17-ci pilləyə yüksəlib. 17 xalı olan “Vulverhempton” isə turnir cədvəlinin sonuncu pilləsində qalıb.
33-cü turda “Vest Hem” səfərdə “Kristal Pelas”ın qonağı olacaq. “Canavarlar” isə “Lids Yunayted” səfərində xal axtaracaqlar.