Normal view

Today — 31 October 2025Main stream

Ten Haq İngiltərə klubunun baş məşqçi postuna namizəddir

31 October 2025 at 11:48

“Mançester Yunayted”in sabiq baş məşqçisi Erik ten Haq yenidən İngiltərə Premyer Liqasında işləyə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Vulverhempton” mövsümə uğursuz startdan sonra baş məşqçi Vitor Pereyranı istefaya göndərməyi planlaşdırır.

Klub cəmi bir ay əvvəl Pereyra ilə müqavilənin müddətini 2028-ci ilə qədər uzatmışdı. Buna baxmayaraq, “canavarlar” artıq Ten Haqla mümkün əməkdaşlıq barədə ilkin təmas qurublar.

“Vulverhempton” hazırda Premyer Liqanın turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. Komanda 9 turdan sonra cəmi 2 xal toplayıb. Bundan əlavə, komanda Liqa kubokunda da uğursuzluğa düçar olub və doğma meydanda “Çelsi”yə 3:4 hesabı ilə məğlub olaraq, turnirdən kənar qalıb.

The post Ten Haq İngiltərə klubunun baş məşqçi postuna namizəddir appeared first on Komanda.az.

❌
❌