Reading view

Kukseviç: “Lider futzalçımız yoxdur”

Bu gün keçirilən Qazaxıstan – Azərbaycan oyunundan sonra futzal millimizin baş məşqçi Yevgeni Kukseviç açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis oyun barədə bu fikirləri səsləndirib:

“Bu cür atmosferdə oynamaq çox çətindir. Azarkeşlər zalı doldurmuşdular, oyun zamanı dayanmadan öz dəstəklərini göstərdilər. Komandamız üçün hər bir oyun təcrübə qazanmaq baxımından vacibdir.

Qazaxıstan millisinin heyətində dəyişiklik olsa da, onlar dördlüyü və sistemi saxlayıblar. Yeni gələn futzalçılar isə onlara dəstək ola bilir. Çünki güclü, rəqabətli çempionatları var. Biz isə hələ sxemi və sistemi qurmamışıq

Bugünkü oyunda demək olar, bütün üstünlüyü rəqibə verdik. Gürcüstanla oyunlarda topu özümüzdə saxlayırdıq, hücumlar qururduq. Bu gün meydanda nəzarət tamamilə rəqibdə idi.

Qısa vaxtda ardıcıl qollar buraxırıq. Çünki oyunu üzərinə götürəcək lider futzalçımız yoxdur. Hər dəfə tapşırılır ki, əsəblərinizə hakim olun, soyuqqanlılığınızı qoruyun. Bu da psixoloji durumla bağlıdır. Bununla bağlı nə qədər söhbət aparsaq da, oyun zamanı dediyimizin əksini görürük.

Bu görüşləri danışan zamanı çətin olacağını bilirdik. Qısa vaxtda 4 oyun keçirmək ağırdır, lakin milli üçün faydalıdır”.

 

Futzal millimiz Qazaxıstanda darmadağın oldu

Azərbaycanın futzal millisi Aktaudakı təlim-məşq toplanışı çərçivəsində bu gün Qazaxıstan yığması ilə qarşılaşıb.

Futbolpress.az xəbər verir ki, görüş rəqibin  böyük hesablı qələbəsi ilə yekunlaşıb – 9:2.

Komandamız səfərə 16 futzalçı ilə yollansa da, görüş FİFA-nın reytinq cədvəlinə salınacağına görə, protokola 14 nəfərin adı daxil edilib. Tbilisi toplanışı ilə müqayisədə Azərbaycan millisinin qapısını Cavad Məmmədov qoruyub.

Matça rəng qatan məqamlardan biri uzun müddət mill komandamıza başçılıq etmiş Alesio Da Silvanın bu dəfə rəqib məşqçisi kimi əks düşərgədə olması olub.

Bu komandalar arasında növbəti oyun aprelin 15-də, saat 17:00-da başlayacaq.

❌