Reading view

Marko Yankoviç baş hakimə niyə hücum çəkib? – Özü açıqladı

“Qarabağ”ın futbolçusu Marko Yankoviç Azərbaycan Kubokunun yarımfinalında “Sabah”la oyundan sonra baş verənlərə münasibət bildirib.

Arena.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi sosial şəbəkədə yayılan videonun şərh bölməsinə bunları yazıb:

“Özünü ciddi jurnalist və ağıllı insan kimi təqdim edirsənsə, mən səndən aşağıdakı suallara cavab verməyini istəyirəm:

Mən onu vurmaq istəsəydim, bunu etmək üçün kifayət qədər imkanım olmazdımı? 20 nəfərin reaksiyası eynidirsə, mümkündürmü ki, onların hamısı dəli olsun və yalnız bir nəfər haqlı olsun?

Sizlərdən kimsə özünə sual veribmi ki, hakim nə dedi və ya nə etdi ki, mən belə reaksiya verdim?

Və xeyr, bu penalti olduğunu düşündüyüm üçün deyil. Məsələ ondadır ki, mən meydanda ilk dəfə ondan VAR-a baxmağı xahiş edəndə o, mənə qırmızı vərəqə verdi və “rədd ol” dedi! Təkcə bir dəfə yox, dəfələrlə və təkcə mənə yox!

Üstəlik, meydanda ən sakit insan olmalı olan hakim məni paltardəyişmə otağına dəvət edir?! Niyə? Mənimlə dava etmək üçün? Bu, absurddur və onun peşəsinə qarşı tam qeyri-peşəkar və hörmətsiz davranışdır.

Mən onun qərarı ilə razılaşmaya bilərəm, amma ona söyüş deməmişəm. Unutmayın ki, bu, “Qarabağ”da 4 il ərzində mənim ilk qırmızı vərəqəmdir və karyeramda ikinci dəfədir.

Fikirləşin”.

Xatırladaq ki, Marko Yankoviç “Sabah”la cavab oyununun ardından matçın baş hakimi Rəvan Həmzəzadənin üzərinə hücum çəkib. Buna dair video da yayılıb. “Qarabağ”ın futbolçunun insidentə görə cəzalanması gözlənilir.

“Qərarı ilə razılaşmaya bilərəm, amma onu təhqir etməmişəm”

“Qarabağ”ın futbolçusu Marko Yankoviç “Sabah” oyunundan sonra baş hakim Rəvan Həmzəzadə ilə mübahisəsindən danışıb.

Futbolpress.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi həmin epizodların yer aldığı videoya bu şərhi yazıb:

“Özünü ciddi jurnalist və ağıllı insan kimi təqdim edirsənsə, mən səndən aşağıdakı suallara cavab verməyini istəyirəm:

Əgər mən onu vurmaq istəsəydim, bunu etmək üçün kifayət qədər imkanım olmazdımı?

Əgər 20 nəfərin reaksiyası eynidirsə, mümkündürmü ki, onların hamısı dəli və yalnız 1 nəfər haqlı olsun?

Aranızda heç özünə sual verən olubmu ki, hakimin hansı sözü və ya hərəkəti, məndə belə bir reaksiya doğurdu?

Və xeyr, bu, penalti olduğunu düşündüyüm üçün deyil. Məsələ ondadır ki, meydanda ilk dəfə ondan VAR-a baxmağı xahiş edəndə o, mənə qırmızı vərəqə verdi və “rədd ol” dedi! Təkcə bir dəfə deyil, dəfələrlə və yalnız mənə yox! Üstəlik, meydanda ən sakit davranmalı olan şəxs – hakim, məni paltardəyişmə otağına dəvət edir?! Niyə? Mənimlə dava etmək üçün? Bu, absurddur və onun peşəsinə qarşı tam qeyri-peşəkar və hörmətsiz davranışdır. Qərarı ilə razılaşmaya bilərəm, amma onu təhqir etməmişəm. Unutmayın ki, bu, “Qarabağ”da 4 il ərzində ilk qırmızı vərəqəmdir və karyeramda ikinci dəfədir. Fikirləşin”.

“Qarabağ” “Sabah”a 1:2 hesabıyla uduzub.

❌