“Qarabağ” və “Zirə”dən inamlı qələbə
Əvəzedicilər Liqasında XXV turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, bu gün 2 oyun baş tutub.
“Zirə-2” “Sumqayıt-2”-ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Digər oyunda isə “Qarabağ-2” “Turan Tovuz-2” ilə qarşılaşıb. “Köhlən atlar” rəqibinin qapısından 3 cavabsız top keçirib.
Əvəzedicilər Liqası
25-ci tur
8 may
“Zirə-2” – “Sumqayıt-2” 3:1
Qollar: 2 M.Ələkbərov, 4. R.Qafarov, 74. E.Məmmədov – 6. N. Orucəli
”Qarabağ-2” – “Turan Tovuz-2” 3:0
Qollar: 52. E.Babazadə, 62. N.Xasıyev, 83. A.Hüseynov