PSJ-nin futbolçusu ingilislərin hədəfində
Fransalı futbolçu Bredli Barkola PSJ-dən ayrıla bilər.
Futbolpress.az xəbər verir ki, İngiltərənin “Arsenal” və “Liverpul” klubu vingerlə yaxından maraqlanır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Barkola PSJ-dən ayrılmağa müsbət yanaşır. O, əsas heyətdəki yerini itirib və bundan narahatdır.
Barkola başa çatan mövsümdə 49 oyunda 13 qol vurub.