Reading view

“Turan Tovuz”dan ayrılan futbolçu Rusiya klubunda

“Turan Tovuz”dan ayrılan Sergey Samokun yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, qolkiper “Veles”ə keçib. Bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb. Qolkiperlə 1 illik müqavilə imzalanıb.

Samok ötən mövsüm “Turan Tovuz”la 32 oyuna çıxıb. O, 12 matçda qapısını toxunulmaz saxlayıb.

“Veles” Rusiya I Liqasında mübarizə aparacaq.

❌