“Milan” futbolçusu ilə yeni müqavilə imzalayacaq
“Milan” yaxın vaxtlarda yarımmüdafiəçisi Aleksis Salemakerslə yeni müqavilə imzalayacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Massimiliano Alleqrinin rəhbərliyi altında əsas heyətin sabit üzvünə çevrilən 26 yaşlı futbolçunun sözləşməsinin müddəti uzadılacaq.
Salemakers artıq beş ildir “qırmızı-qaralar”ın şərəfini qoruyur. O, 2020-ci ilin yanvarında Belçikanın “Anderlext” klubundan 8 milyon avro qarşılığında “Milan”a transfer olunmuşdu.
Yeni müqavilənin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Bununla yanaşı, belçikalı futbolçunun maaşı da ciddi şəkildə artırılacaq: mövsümə 1 milyon avrodan 3 milyon avroya yüksələcək.
Beləliklə, “Milan” son illərdə komandanın vacib fiqurlarından birinə çevrilən Salemakerslə uzunmüddətli əməkdaşlığı təmin etməyi planlaşdırır.
The post “Milan” futbolçusu ilə yeni müqavilə imzalayacaq appeared first on Komanda.az.