Normal view

Before yesterdayMain stream

“Bayern” çətin qələbə ilə Almaniya Kubokunda 1/4 finala çıxdı

4 December 2025 at 03:00

Bu gün futbol üzrə Almaniya Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də dörd qarşılaşma baş tutub.

“Frayburq” evdə “Darmştadt”ı, “Ştutqart” səfərdə “Bohum”u 2 cavabsız qolla məğlub edərək 1/4 finala yüksəliblər. “Hamburq” – “Holştayn” matçının qalibi penaltilər seriyasında müəyyənləşib. “Holştayn” yekunda 1/4 finala vəsiqəni bayram edib. “Union Berlin”in qonağı olmuş “Bayern” də çətin qələbə ilə istəyinə nail olub.

Xatırladaq ki, Almaniya Kubokunda 1/4 final mərhələsinin oyunları 2026-cı ildə keçiriləcək.

Almaniya Kuboku
1/8 final
2 dekabr

Borussiya (Mönhenqladbax) – Sankt Pauli 1:2
Qollar: Tabakoviç, 56 – Kaars, 43. Oppie, 83.

Herta – Kayzerslautern 6:1
Qollar: Şuler, 5; 60. Vinkler, 20. Eyxorn, 31. Kounaçki, 75. Krattenmaxer, 80 – Ritter, 45+2.

Borussiya (Dortmund) – Bayer 0:1
Qol: Maza, 34.

Leypsiq – Maqdeburq 3:1
Qollar: Nusa, 19. Baumqartner, 29; 54 – Qnaka, 11.

3 dekabr

Bohum – Ştutqart 0:2
Qollar: Strompf, 12-öz qapısına. Undav, 47.

Frayburq – Darmştadt 2:0
Qollar: Qrifo, 42-pen. Holer, 69.

Hamburq – Holştayn 1:1 (penaltilər 2:4)
Qollar: Jatta, 107 – Harres, 118.

Union Berlin – Bayern 2:3
Qollar: Qerfeld, 40-pen; 55-pen – Ansa, 12-öz qapısına. H.Keyn, 24. D.Leyte, 45+4-öz qapısına.

Kennet Eyxhorn Cud Bellingemin rekordunu qırdı

3 December 2025 at 14:00

“Herta”nın 16 yaşlı yarımmüdafiəçisi Kennet Eyxhorn İspaniyanın “Real” klubunda çıxış edən Cud Bellingemin rekordunu qırıb.

Arena.az xəbər verir ki, Almaniyanın 2-ci Bundesliqa təmsilçisi ötən gün Almaniya Kubokunun 1/8 final mərhələsi çərçivəsində, öz meydanında qarşılaşdığı “Kayzerslautern”i 6:1 hesabıyla məğlub edərək növbəti mərhələyə yüksəlib.

Eyxhorn da bu matçda komandasının qələbəsinə vurduğu bir qolla töhfə verib. Bununla da o, II Dünya Müharibəsindən sonra Almaniya Kubokunda qol vurmuş ən gənc futbolçuya çevrilib. O, bunu 16 yaş 128 günlüyündə olarkən edib.

Vaxtilə Almaniyada Dortmund “Borussiya”sının uğurları üçün çalışmış Cud Bellingem isə bu uğura 17 yaş 77 günlüyündə nail olmuşdu.

Kennet Eyxhorn “Herta”nın öz yetirməsidir. O, Almaniyanın U-15 və U-16 yığmalarında da forma geyinib.

“Borussiya”ları Almaniya Kubokunda 1/4 finala buraxmadılar

3 December 2025 at 01:50

Bu gün futbol üzrə Almaniya Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Borussiya” (Mönhenqladbax) “Sankt Pauli”yə, “Borussiya” (Dortmund) isə “Bayer”ə evdə uduzaraq kubokla vidalaşıb. “Leypsiq” isə “Maqdeburq”la oyunda sürprizə imkan verməyib.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” səfərdə “Herta” ilə qarşılaşıb. 2-ci Bundesliqa təmsilçisi bu oyunda biabırçı hesabla uduzaraq kubokla vidalaşıb. Zədəli olan Mahirin adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.

Almaniya Kubokunda 1/8 final mərhələsinə dekabrın 3-də keçiriləcək qalan oyunlarla yekun vurulacaq.

Almaniya Kuboku
1/8 final
2 dekabr

Borussiya (Mönhenqladbax) – Sankt Pauli 1:2
Qollar: Tabakoviç, 56 – Kaars, 43. Oppie, 83.

Herta – Kayzerslautern 6:1
Qollar: Şuler, 5; 60. Vinkler, 20. Eyxorn, 31. Kounaçki, 75. Krattenmaxer, 80 – Ritter, 45+2.

Borussiya (Dortmund) – Bayer 0:1
Qol: Maza, 34.

Leypsiq – Maqdeburq 3:1
Qollar: Nusa, 19. Baumqartner, 29; 54 – Qnaka, 11.

3 dekabr

21:00. Bohum – Ştutqart
21:00. Frayburq – Darmştadt
23:45. Hamburq – Holştayn
23:45. Union Berlin – Bayern

❌
❌