Premyer Liqada gözlənilməz ayrılıq
14 April 2026 at 21:48
”Bornmut” klubunun baş məşqçisi Andoni İraola mövsümün sonunda vəzifəsindən ayrılacağını rəsmən elan edib.
Futbolpress.az xəbər verir ki, 43 yaşlı ispaniyalı mütəxəssisin “Bornmut”la olan müqaviləsi bu mövsümün sonunda başa çatır.
Klub tərəfindən verilən rəsmi bəyanatda tərəflərin yeni müqavilə imzalanmayacağı və İraolanın yayda komanda ilə vidalaşacağı bildirilib.
Məlumata görə, təcrübəli məşqçi karyerasını Avropanın daha iddialı klublarından birində davam etdirmək niyyətindədir.
İraolanın rəhbərliyi altında “Bornmut” cari mövsümdə keçirdiyi 32 matçda 45 xal toplayaraq Premyer Liqada 11-ci pillədə qərarlaşıb.