Normal view

Before yesterdayMain stream

Demçenko: “Nəticə qazanmaq üçün döyüşmək lazımdır”

18 March 2026 at 18:30

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Azərbaycan Premyer Liqasının 25-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşü Naxçıvan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Demçenko matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Fasilədən əvvəlki 2 oyunda məqsədimiz 6 xal toplamaq idi. Buna nail olduq. Komandamı təbrik edirəm. Birinci hissədə qol epizodlarımız oldu, oyuna nəzarət edirdik. Bu, o deməkdir ki, artıq komandada nəsə var. İkinci hissənin sonlarında isə o qədər də yaxşı təsir bağışlamadıq. Rəqib uzun ötürmələrlə oynamağa başladı və bizdə problemlər üzə çıxdı. Oyun heç-heçə də bitə bilərdi. Komandam müdafiədə yaxşı oynadı. Rəqibi yüz faizli imkanlardan yararlanmağa qoymadılar. Bu gün iki tam fərqli hissə gördük. Birinci hissədə daha yaxşı idik. İkinci yarının ortalarından etibarən isə rəqib üstünlüyü ələ aldı. Bəzən bu cür oyunlar oynamalısan. Nəticə qazanmaq üçün döyüşmək lazımdır.

Futbolçulara 3-4 gün istirahət verəcəyik. Bundan sonra isə hazırlaşmaq üçün vaxtımız olacaq. Qarşıda bizi “Sabah” və “Neftçi” ilə çətin oyunlar gözləyir. Planımızda yoxlama oyunu keçirmək də var”.

Demçenko: “Oyundan oyuna daha yaxşı oluruq”

13 March 2026 at 21:30

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Premyer Liqanın 24-cü turunda “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Dalğa Arena”da baş tutmuş görüşü Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1.

Demçenko qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Birinci hissə bizim üçün daha uğurlu keçdi. İki baxımlı qol vurduq. İkinci hissədə isə səhvimizdən qol buraxdıq. Belə oyunda vacib olan nəzarəti əldə saxlamaq və qələbə hesabını qorumaqdır.

İkinci hissədə də yaxşı imkanlarımız oldu, amma istifadə edə bilmədik. Futbolda vurmursansa, sənin qapına qol vuracaqlar. Matçın sonları bizim üçün daha gərgin keçdi.

Fikrimcə, oyundan oyuna daha yaxşı oluruq. Çünki futbolçular məşqçilərin onlardan nə istədiklərini başa düşür, verilənləri yerinə yetirməyə çalışırlar”.

❌
❌