Normal view

Yesterday — 13 December 2025Main stream

Voleybol: Millilərimizin Avropa Liqasında rəqibləri bəlli oldu

12 December 2025 at 17:00

Kişi və qadınlardan ibarət voleybol üzrə Azərbaycan millilərinin Avropa Liqasında (CEV Volleyball European League) rəqibləri bəlli olub.

Arena.az xəbər verir ki, qrup mərhələsində yığmalarımızın rəqibləri CEV-in mövcud reytinqi əsasında müəyyənləşib.

Qadınlardan ibarət millimiz hazırda reytinqdə 27-ci pillədə qərarlaşıb. Buna əsasən komandamız İsveç, Estoniya, Şimali Makedoniya, İspaniya, İsrail və İsveçrə ilə qarşılaşacaq.

Kişilərdən ibarət seçməmiz isə reytinqdə 38-ci sırada yer alır. Millimiz Avropa Liqasının qrup mərhələsində Yunanıstan, İsveç, Rumıniya, İspaniya, Portuqaliya və Macarıstan kollektivləri ilə üz-üzə gələcək.

Reqlamentə əsasən, yarışda 24 qadın və 27 kişi komandası iştirak edəcək. Turnir cədvəli üzrə ilk 6 komanda (yarımfinal və final oyunlarının ev sahibi əvvəlcədən müəyyən olunacağı halda) və ya ilk 4 yığma növbəti mərhələyə vəsiqə qazanacaq.

Yekunda 1-4 yerləri tutacaq kollektivlər 2028-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə əldə edəcəklər.

Qeyd edək ki, 2018-ci ildən “Qızıl Avropa Liqası” və “Gümüş Avropa Liqası” formatında təşkil olunan yarış növbəti ildən “Avropa Liqası” adı ilə keçiriləcək. Turnir Avropa çempionatına təsnifat xarakteri daşıyır və iştirakçılara reytinq xalları gətirir.

❌
❌