“Fənərbağça”nın istəmədiyi futbolçu İtaliya yolunda
11 December 2025 at 13:26
“Fənərbağça“da əsas komandadan uzaqlaşdırılan Rodriqo Bekao karyerasını İtaliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Fiorentina” müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Bekaonun meneceri danışıqlar üçün artıq İtaliyaya yollanıb.
Müdafiəçi bu mövsüm Super Liqada 1 oyuna çıxıb.