Normal view

Yesterday — 28 October 2025Main stream

Del Pyero: “Yuventus”un problemi baş məşqçidə deyil”

28 October 2025 at 16:30

İtaliyanın “Yuventus” klubunun əfsanəsi, keçmiş hücumçu Alessandro Del Pyero “byankoneri”nin uğursuzluqlarını şərh edib. Arena.az veteran futbolçunun müvafiq açıqlamasını təqdim edir: “Məncə, məsələ yalnız İqor Tudorda deyil. Bu, daha mürəkkəb fəsaddır: məsələ, komandanın necə təşkilində, oyunçuların oyun ahəngində, onların çıxışlarının keyfiyyətindədir.

Source

Klub əfsanəsi: “Problem məşqçidə deyil”

28 October 2025 at 13:20

“Yuventus”un sabiq futbolçusu Alessandro Del Pyero komandanın durumu haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi 8 oyundur qələbə qazana bilməyən “qoca sinyora” ilə bağlı bunları deyib:

“Yuventus”da problem məşqçidə deyil. Məsələ daha dərindir. Komandanın yumruq kimi birləşməsində problem var. “Latsio”ya qarşı pis oynamadılar, məğlubiyyətə layiq deyildilər. Eynilə “Real”la oyunda da. Lakin əsas problemli matç “Komo”ya qarşı idi. Bu durumda kim gəlsə, çempionluq çətin olacaq”.

“Yuventus” dünən baş məşqçisi İqor Tudorla yollarını ayırıb. Komanda A Seriyasında 12 xalla 8-ci sıradadır.

Before yesterdayMain stream

“Yuventus”un dərdi Del Pyeronu da dilə gətirdi

27 October 2025 at 16:15

“Yuventus”un sabiq futbolçusu Alessandro Del Pyero komandanın bu mövsümdəki uğursuzluqlarını şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı sabiq futbolçu bunu deyib:

“Mənim fikrimcə, bu, təkcə baş məşqçi İqor Tudorla bağlı deyil. Bu, daha mürəkkəb bir məsələdir: komandanın təşkili, oyunçuların kimyası və performanslarının keyfiyyəti. Oyunçular acınacaqlı nəticələrin arasında özlərini getdikcə daha pis hiss edirlər”.

Turin komandası bazar günü “Latsio” ilə oyundan (0:1) sonra ardıcıl üçüncü məğlubiyyətini alıb. Komanda səkkiz oyundur ki, qələbə qazana bilmir. Mediada isə artıq baş məşqçi İqor Tudorun qovulduğu xəbərləri yayılıb.

The post “Yuventus”un dərdi Del Pyeronu da dilə gətirdi appeared first on Komanda.az.

❌
❌