Tedesko: “İstəsək, ağlaya bilərik, amma…”
24 February 2026 at 11:45
“Fənərbağça”nın baş məşqçisi Domeniko Tedesko Super Liqada “Kasımpaşa”ya qarşı keçirdikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
“Sona qədər mübarizə aparacağıq. Heyətdə ciddi itkilər var və asan deyil. Çalışacağıq ki, əlimizdən gələn hər şeyi edək. İstəsək, ağlaya bilərik, amma etmirik, güclüyük və döyüşməyə davam edəcəyik”.
“Fənərbağça” çempionatda 53 xalla ikinci sıradadır. İstanbul klubu lider “Qalatasaray”dan iki xal geri qalır.