“Çelsi” üçün qış “səssiz” keçəcək
“Çelsi”nin qış transfer pəncərəsində səs-küylü keçidlər etməyi planlaşdırmadığı bildirilir.
London təmsilçisi zədələr səbəbindən heyətində müəyyən çətinliklər yaşasa da, klub rəhbərliyi bu vəziyyətə görə məsuliyyəti baş məşqçi Enzo Mareskanın üzərinə qoyur. Onun əsas vəzifəsinin mövcud futbolçular arasında düzgün rotasiya aparmaq olduğu vurğulanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” rəhbərliyi komandanın ciddi gücləndirməyə ehtiyac duymadığı qənaətindədir. Bu səbəbdən də qış transfer pəncərəsində böyük məbləğlərin xərclənməsi gözlənilmir.
Mareskanın komandası hazırda İngiltərə Premyer Liqasında 15 turdan sonra topladığı 25 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Londonlular bu gün çempionat çərçivəsində “Everton”u qəbul edəcəklər.
“Çelsi” UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.
The post “Çelsi” üçün qış “səssiz” keçəcək appeared first on Komanda.az.