Valverde: “Qarabağ”ın bizə qol vurmasını sakit qarşıladım”
“Atletik”in baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, Azərbaycan və İspaniya təmsilçiləri bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bilbao şəhərində üz-üzə gəliblər. İspaniya təmsilçisi bu görüşdə 3:1 hesablı əzmkar qələbəyə sevinib.