UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Atletik”in qonağı olacaq “Qarabağ” bu gün İspaniyaya yollanacaq.
Arena.az xəbər verir ki, komanda saat 18:00-da çarter reysi ilə səfərə çıxacaq.
Sabah – oktyabrın 21-də Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Tədbirdə Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.
Yeri gəlmişkən, Bilbao təmsilçisi oyun üçün Azərbaycan klubuna 600 bilet ayırıb. Artıq 400-ə yaxın bilet satılıb.
Bu vacib oyun ərəfəsində Ağdam klubunun heyətində itki var. Musa Qurbanlı zədə səbəbindən “Atletik”lə matçı buraxacaq. 23 yaşlı hücumçunun dizində ağrılar var. O, Azərbaycan millisinin düşərgəsindən qayıdandan sonra dizində ağrılar hiss edib və iki həftəlik müalicəyə ehtiyacı olduğu müəyyənləşib.
Qeyd edək ki, “Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də Bilbaodakı “Estadio de San Mames”də keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.
The post “Qarabağ” Bilbaoya yollanır appeared first on ARENA.AZ.