Azərbaycan millisi FIFA reytinqində 2 pillə geri düşdü
Son illərdə uğursuz nəticələrinə görə mütəmadi tənqid hədəfinə çevrilən Azərbaycan millisi FIFA reytinqində yenidən geriləyib.
Arena.az bu barədə FIFA-nın rəsmi saytına istinadən xəbər verir.
Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv bu gün açıqlanmış yeni siyahıda 2 pillə irəliləyib.
Komandamız hazırda 1132,00 əmsalla 126-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, Azərbaycan millisi bu ay keçirdiyi yoxlama oyunlarında Maltaya məğlub olub (0:2), San Marino yığmasına isə qalib (2:1) gəlib.
Millimizin UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümündəki rəqiblərindən Litva yığması (1056,85) 149-cu, Lixtenşteyn isə (797,70) 206-cı pillədə qərarlaşıb.
FIFA reytinqinin ilk pilləsində Argentina yığması yer alıb. İspaniya millisi ikinci, Fransa yığma komandası isə üçüncü pillədə yer alıb.
Reytinqin ilk 10 pilləsində bu komandalar qərarlaşıblar:
- Argentina – 1877,27
- İspaniya – 1874,71
- Fransa – 1870,70
- İngiltərə – 1828,02
- Portuqaliya – 1767,85
- Braziliya – 1765,86
- Mərakeş – 1755,10
- Niderland – 1753,57
- Belçika – 1742,24
- Almaniya – 1735,77