“Fənərbağça”dan ulduz futbolçusu ilə bağlı qərar
17 April 2026 at 20:30
”Fənərbağça” Super Liqanın 30-cu həftəsində öz meydanında “Çaykur Rizespor”u qonaq edəcək.
Futbolpress.az xəbər verir ki, qarşılaşma öncəsi “sarı-lacivərdlilər”in heyəti bəlli olsa da, ulduz oyunçunun adı siyahıda yer almayıb.
”Beşiktaş” derbisində zədələnən Marko Asensio sağala bilmədiyi üçün “Çaykur Rizespor” matçının heyətinə daxil edilməyib.
Asensionun yoxluğu İstanbul təmsilçisi üçün böyük itki hesab olunur. Təcrübəli futbolçu bu mövsüm “Fənərbağça” forması ilə çıxdığı 37 matçda 13 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.