“Bu titulun rəsmən Bakıya təhvil verilməsi böyük hadisədir” – Nazir
“Dünya İdman Paytaxtı” titulunun rəsmi olaraq Monakodan Bakıya təhvil verilməsi böyük idman hadisəsidir.
Komanda.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov Bakının “Dünya İdman Paytaxtı” elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimində deyib.
Nazir bildirib ki, bu cür yığıncaqda iştirak etmək qürurvericidir:
“Paytaxtımız böyük yarışlara ev sahibliyi edib. Uzun illərdir Bakıda “Formula 1” üzrə dünya çempionatı keçirilir. İlk Avropa Oyunlarının, bundan başqa, İslam Həmrəyliyi Oyunlarının da Bakıda keçirildiyini qürurla xatırlayırıq. Fəxr edirik ki, “Dünya İdman Paytaxtı” titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilir. Hər kəsi bu münasibətlə təbrik edirəm”.
Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib.
The post “Bu titulun rəsmən Bakıya təhvil verilməsi böyük hadisədir” – Nazir appeared first on Komanda.az.