Normal view

Yesterday — 7 May 2026Main stream

Fabian Hürtseler “Brayton”la yeni müqavilə bağladı

7 May 2026 at 22:30

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Brayton” baş məşqçisi Fabian Hürtseler ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, gənc mütəxəssis yeni müqaviləyə əsasən 2029-cu ilin 30 iyununa qədər bu komandanı çalışdırmağa davam edəcək.

33 yaşlı mütəxəssislə əvvəlki müqavilə 2027-ci ilə qədər nəzərdə tutulmuşdu.

Xatırladaq ki, Hürtseler “Brayton”a 2024-cü ilin iyul ayında baş məşqçi təyin edilmişdi. Bununla da o, İngiltərə Premyer Liqası tarixinə ən gənc baş məşqçi kimi düşmüşdü.

“Brayton” Hürtselerin rəhbərliyi altında indiyə qədər 85 oyun keçirib, onların 37-də qələbə qazanıb, 24-də heç-heçə edib və 24-də məğlubiyyətlə üzləşib. Komanda hazırda Premyer Liqada 35 oyundan sonra 50 xalla 8-ci pillədə qərarlaşıb.

Fabian Hürtseler daha öncə Almaniyanın “Sankt-Pauli” komandasının da baş məşqçisi olub.

❌
❌