Normal view

Yesterday — 16 February 2026Main stream

Federiko Dimarko – A Seriyasında yanvarın ən yaxşısı!

16 February 2026 at 22:00

“İnter”in italiyalı sol cinah müdafiəçisi Federiko Dimarko İtaliya A Seriyasında yanvar ayının ən yaxşı futbolçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb.

28 yaşlı futbolçu azarkeşlər arasında keçirilmiş səsvermədə Lorentso Kolombo (“Cenoa”), Conatan David (“Yuventus”), Anastasios Duvikas (“Komo”), Nikola Krstoviç (“Atalanta”) və Adrien Rabyo (“Milan”) kimi oyunçuları qabaqlayıb.

Dimarko ötən ay komandasının heyətində A Seriyasında çıxdığı 6 matçda 3 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, A Seriyasında avqust ayının ən yaxşısı “Yuventus”un türkiyəli hücumçusu Kenan Yıldız seçilmişdi. Sentyabrda “Milan”ın amerikalı legioneri Kristian Pulişiç ən yaxşı elan edilmişdisə, oktyabrda “Napoli”nin kamerunlu mərkəz yarımmüdafiəçisi Frank Anqissa, noyabrda “Kremoneze”nin forvardı Ceymi Vardi, dekabrda isə “İnter”in hücumçusu Lautaro Martines fərqlənmişdi.

Federiko Dimarko “İnter”in yetirməsidir. Federiko 2016-cı ildən müxtəlif illərdə “Askoli”, “Empoli”, “Syon”, “Parma”, “Verona”da icarədə və ya geri satınalma şərtləri əsasında çıxış edib. İtalyan müdafiəçi bu illər ərzində xeyli tərəqqi edərək, nəhayət 2021-ci ilin iyununda “Verona”dan icarədən qayıdıb və “neradzurri”nin heyətində yerini möhkəmlədib. Dimarkonun “neradzurri” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Dimarko “İnter”in heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 6 qol vurub, 14 məhsuldar ötürmə verib.

Dimarkonun “neradzurri”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 222 oyun, 24 qol, 48 məhsuldar ötürmə.

Dimarko “İnter”lə İtaliya A Seriyasının, İtaliya Kubokunun (2 dəfə) və İtaliya Super Kubokunun (3 dəfə) qalibi olub.

Federiko Dimarko 2022-ci ilin iyununda dübüt etdiyi İtaliya yığmasının heyətində 36 oyuna 3 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 28 yaşlı italyan sol cinah müdafiəçisinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

❌
❌