“Frayburq”un gənc ulduzu “Real”ın radarında
17 April 2026 at 23:54
Almaniyanın “Frayburq” klubunda göstərdiyi performansla diqqət çəkən İohan Manzambi Avropa nəhənglərinin radarına düşüb.
Futbolpress.az xəbər verir ki, 20 yaşlı gənc istedadı “Real” başda olmaqla, bir çox nəhəng klub izləyir.
“Frayburq”un Avropa Liqasında yarımfinala qədər yüksəlməsində böyük payı olan Manzambi oyun tərzi ilə mütəxəssislər tərəfindən Pol Poqbaya bənzədilir. Hələlik heç bir rəsmi təklif olmasa da, “Real”ın mövsümün sonunda transfer yarışı üçün hazır olduğu bildirilir.
Bu mövsüm inanılmaz sıçrayış edən futbolçu bazar dəyərini sürətlə yüksəldib. Çıxdığı 39 matçda 5 qol və 4 məhsuldar ötürmə ilə oynayan Manzambi qiymətini 35 milyon avroya çatdırıb.