“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatında iştirak ehtimalı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az NBC-yə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu qərarını gələn il verəcəyini bildirib:
“Düzünü desəm, dünya çempionatında oynamaq möhtəşəm olardı. Mən yaxşı formada olub Argentina yığmasına faydalı olmağı arzulayıram. Gələn il “İnter Mayami” ilə mövsümöncəsi hazırlığa başlayanda vəziyyəti dəyərləndirəcəm. Özümü yüz faiz hazır hiss etsəm və komandaya xeyrim dəyə bilsə, qərarımı verəcəm”.
Argentina millisi son dünya çempionudur. Komanda Lionel Skaloninin rəhbərliyi altında, 2022-ci ildə Qətərdə keçirilən mundialın finalında Fransa yığmasına qalib gələrək, tarixində üçüncü dəfə dünya çempionu olmuşdu.
The post Messidən DÇ-2026 açıqlaması appeared first on Komanda.az.