Normal view

Today — 15 April 2026Main stream

Gedson yenidən İstanbul yolunda

15 April 2026 at 17:15

Mövsümün əvvəlində “Beşiktaş”dan ayrılaraq Rusiyanın “Spartak Moskva” klubuna transfer olan Gedson Fernandes köhnə komandasına dönməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, portuqaliyalının Rusiyaya uyğunlaşa bilmədiyi və ayrılmaq istədiyi bildirilir.

“Fanatik” nəşrinin yaydığı məlumata görə, “Beşiktaş” Kristian Asllanidən gözlənilən faydanı ala bilmədiyinə görə onun üçün satınalma bəndindən istifadə etməyəcək. Klub rəhbərliyi bu mövqe üçün ayrılan ciddi büdcəni məhz Gedson Fernandesin geri qaytarılmasına sərf etməyi planlaşdırır.

İddialara görə, portuqaliyalı yarımmüdafiəçi milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə İstanbula gələrək “Beşiktaş” rəsmiləri ilə təmasa keçib. “Qara qartallar”ın texniki heyətinin oyunçunun qayıdışına isti baxdığı vurğulanır.

Cari mövsümdə “Spartak Moskva” forması ilə 28 matça çıxan 27 yaşlı futbolçu 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

❌
❌