Yunanıstan derbisi türkiyəli hakimə tapşırıldı
16 April 2026 at 22:25
Türkiyənin tanınmış hakimi Halil Umut Meler Yunanıstan Super Liqasında həftənin ən maraqlı qarşılaşmasını idarə edəcək.
Futbolpress.az Yunanıstan Futbol Federasiyasına istinadən xəbər verir ki, bazar günü baş tutacaq “Panatinaikos” – “Olimpiakos” derbisində baş hakim funksiyasını Halil Umut Meler yerinə yetirəcək.
Ona yan xətt hakimləri qismində İbrahim Çağlar Uyarcan və Abdullah Bora Özkara köməklik göstərəcəklər.
Afina şəhərindəki “Apostolos Nikolaidis” stadionunda keçiriləcək prinsipial qarşılaşma bazar günü, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.