Normal view

Before yesterdayMain stream

Azarkeşlər Boatenqin “Bayern”ə dönməsinə imkan vermədilər

26 October 2025 at 16:30

Almaniya millisinin və “Bayern”in sabiq müdafiəçisi Jerom Boatenq Münhen klubunda təcrübə keçməyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub bununla bağlı açıqlamasında bildirib:

“Müzakirələr aparıldı və qərara gəlindi ki, Boatenq “Bayern”də təcrübə keçməyəcək. O, komandanın ətrafındakı münaqişə səbəbindən əziyyət çəkməsini istəmir”.

Məsələ burasındadır ki, Münhen klubunun azarkeşləri Boatenqin komandada təcrübə keçmək istəyinə etiraz olaraq, “qadınlara qarşı zorakılığa “yox” deyək, Boatenq “Bayern”ə qayıtmamalıdır” adlı petisiya hazırlayıblar. Petisiyanı 2200-dən çox insan imzalayıb.

Boatenqin təcrübəsi bir həftə davam edəcəkdi və bu müddət ərzində o, dörd məşqi izləyə biləcəkdi.

Boatenq əvvəllər keçmiş sevgilisi Kasia Lenhardtın intiharına səbəb olmaqda ittiham olunub. Həmçinin, o, iki qız övladı olan keçmiş sevgilisi Şerin Zenlerə qarşı fiziki zorakılıqda ittiham edilib. Münhen Regional Məhkəməsi Zenlerə qarşı zorakılıq işi üzrə qərar çıxarıb və Boatenq 200 min avro məbləğində cəza alıb.

Sabiq futbolçu 2011-ci ildən 2021-ci ilə qədər Münhen klubunda oynayıb. O, eyni zamanda, Almaniya millisiylə dünya çempionluğunu qazanıb.

The post Azarkeşlər Boatenqin “Bayern”ə dönməsinə imkan vermədilər appeared first on Komanda.az.

❌
❌