Normal view

Yesterday — 15 December 2025Main stream

“Qələbəyə daha çox layiq idik” – “İmişli”nin baş məşqçisi

15 December 2025 at 17:03

“İmişli” Azərbaycan Premyer Liqasının 15-ci turunda Quba Olimpiya İdman Kompleksinin stadionunda “Karvan-Yevlax”la 1:1 hesablı heç-heçə edib.

Komanda.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında nəticənin istədikləri kimi olmadığını bildirib:

“Nəticə istədiyimiz kimi olmadı. Çünki biz qələbəyə daha çox layiq idik. 90 dəqiqə ərzində daha istəkli, mübarizə aparan tərəf “İmişli” idi. Hava şəraitinə görə meydançanın vəziyyəti yaxşı deyildi. Buna görə də oyunu qurmaq çətin olurdu. Ümumi olaraq komandamdan razıyam. Birinci hissədə 4-5 təhlükəli qol epizodu yaratdıq. Amma yalnız bir qol vura bildik. İlk yarıda oyunu bitirmək olardı. Amma bu, futboldur. Əks-hücumda qol buraxdıq.

İkinci hissədə də komandam istəkli idi. Hücumlar qururduq, qol axtarırdıq. Qələbə qolunu vurmaq üçün çox çalışdıq. Meydançanın vəziyyəti ikinci yarıda daha da pis idi. Texnikalı komanda olduğumuz üçün bu cür meydanda oyun qurmaqda çətinlik çəkirdik. Göstərdikləri oyuna görə futbolçularıma təşəkkür edirəm. Komanda çətin şəraitə baxmayaraq meydanda maksimumunu ortaya qoydu. 3 xal istəyirdik, amma 1 xal da pis deyil”.

“İmişli” növbəti turda “Zirə”nin qonağı olacaq.

The post “Qələbəyə daha çox layiq idik” – “İmişli”nin baş məşqçisi appeared first on Komanda.az.

❌
❌