Normal view

Before yesterdayMain stream

“Luis Dias bizə nəhəng xeyir verir”

6 December 2025 at 16:00

“Bayern”in idman diektoru Kristof Froynd Münhen klubunun yeni transferi, kolumbiyalı cinah hücumçusu Luis Dias haqda danışıb.

Arena.az xəbər verir ki, avstriyalı mütəxəssis təcrübəli oyunçudan razılığını ifadə edib:

“Luis əla transferdir. O, öz oyunu ilə bizə nəhəng xeyir verir. Dias ən məsuliyyətli məqamda parlamağa həmişə hazırdır. O, “Bayern” üçün fövqəladə vacibdir”, deyə Froynd vurğulayıb.

Xatırladaq ki, Luis Dias 2025-ci ilin yayında “Liverpul”dan ayrılaraq “Bayern”lə 4 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Keçid Almaniya nəhənginə 70 milyon avro məbləğ müqabilində başa gəlib.

Luis “Bayern”də 20 oyuna çıxıb, 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Luis Dias “Barrankilya”nın məzunudur. Hücumçu, karyerası ərzində “Atletiko Xunior”, “Portu” və “Liverpul”da çıxış edib.

Dias 2018-ci ilin sentyabr ayında debüt etdiyi Kolumbiya yığmasının heyətində 70 oyuna 21 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 28 yaşlı kolumbiyalı sol cinah hücumçusunun transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

❌
❌