“Mançester Yunayted” braziliyalı üçün hərəkətə keçir
1 November 2025 at 15:32
“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa “Mançester Yunayted”in transfer hədəfinə çevrilib.
Komanda.az “Indykaila News”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” braziliyalı futbolçunu qış transfer pəncərəsində heyətlərinə qatmaq niyyətindədirlər.
Mançester təmsilçisi bu addımı yalnız “Vest Hem”in müəyyən etdiyi qiymət məqbul sayılarsa atacaq. Paketa özü də yanvarda London klubunu tərk etməyə hazırdır, çünki o, avrokubok iddiaları olan komandada çıxış etmək istəyir.
28 yaşlı yarımmüdafiəçi cari mövsümdə Premyer Liqada 9 matçda 2 qolla yadda qalıb.
The post “Mançester Yunayted” braziliyalı üçün hərəkətə keçir appeared first on Komanda.az.