Normal view

Today — 20 December 2025Main stream

Flik Kasadonu müdafiəçiyə çevirməkdə israrlıdır

20 December 2025 at 14:47

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yarımmüdafiəçi Mark Kasadonu sağ cinah müdafiəçisi mövqeyində oynatması ilə bağlı eksperimentini davam etdirmək niyyətindədir.

22 yaşlı futbolçu yaxın vaxtlarda İspaniya kral kuboku çərçivəsində “Deportivo Qvadalahara”ya qarşı keçirilən oyunda sağ müdafiəçi kimi meydana çıxıb. Qarşılaşma “Barselona”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kasado 75-ci dəqiqəyə qədər meydanda olub və daha sonra əvəzlənib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı bundan sonra da Kasadonu müdafiənin sağ cinahı üçün mümkün variantlardan biri kimi nəzərdən keçirməyi planlaşdırır.

Bildirilir ki, ispaniyalı yarımmüdafiəçi mövsümün sonuna qədər bu mövqedə Jül Kundenin alternativləri sırasında qalacaq. Bu siyahıda Erik Qarsiyanın da adı var.

“Barselona” növbəti oyununu La Liqada sabah “Vilyarreal”a qarşı keçirəcək.

The post Flik Kasadonu müdafiəçiyə çevirməkdə israrlıdır appeared first on Komanda.az.

❌
❌