Normal view

Before yesterdayMain stream

Olivye Jiru “Lill” ilə yeni müqaviləyə imza atdı

9 June 2026 at 13:30

Futbol üzrə Fransa milli komandasının keçmiş hücumçusu Olivye Jiru Liqa 1-də mübarizə aparan “Lill” klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

39 yaşlı hücumçu ilə yeni müqavilənin müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

Xatırladaq ki, Jiru 2025-ci ilin yayından “Lill”də çıxış edir. O, ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində 44 oyunda 11 qol vurub, 1 qol ötürməsi edib.

Olivye Jiru futbolçu karyerası ərzində “Los Anceles”, “Qrenobl”, “İstr”, “Tur”, “Monpelye”, “Arsenal”, “Çelsi” və “Milan”da çıxış edib. Jirunun futbolçu karyerasının böyük hissəsi məhz “Arsenal”da keçib.

Jiru 2011-ci ilin noyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 131 oyun keçirib, 57 qol vurub, 15 məhsuldar ötürmə verib. Təcrübəli hücumçu Fransa yığmasının ən sərrast futbolçusudur. Olivye “xoruzlar”la DÇ-2018-in, 2021 UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı veteran hücumçunun transfer dəyərini 900 min avro məbləğində qiymətləndirir.

❌
❌