Polina Rəhimova Yunanıstan Kubokunun qalibi oldu
9 March 2026 at 16:00
Voleybol üzrə Azərbaycan millisinin üzvü Polina Rəhimova Yunanıstan Kubokunun 2025/2026 mövsümünün qalibi olub.
Arena.az bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, Rəhimovanın çıxış etdiyi “Panionios” komandası Yunanıstan Kubokunun qalibi olub. Final görüşündə “Thiras” üzərində 3:1 hesablı qələbə qazanmış Afina təmsilçisi kuboku başı üzərinə qaldırıb. Polina Rəhimovanın komandası üstün oyun nümayiş etdirərək mövsümü titulla başa vurub.