Normal view

Today — 5 February 2026Main stream

“Sabah”ın “Qəbələ” ilə heç-heçəsi – VİDEO

4 February 2026 at 23:00

Komanda.az Azərbaycan kubokunun 1/4 finalında “Sabah”la “Qəbələ” arasında keçirilmiş ilk oyunun (0:0) videoicmalını təqdim edir:

The post “Sabah”ın “Qəbələ” ilə heç-heçəsi – VİDEO appeared first on Komanda.az.

Yesterday — 4 February 2026Main stream

Tsxadadze: “Sabah”ı yaxşı təhlil etmişdik”

4 February 2026 at 21:40

“Qəbələ” bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Sabah”ın qonağı olub.

Komanda.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən matçdan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı olub. Gürcüstanlı çalışdırıcı 0:0 hesabı ilə başa çatan oyunu belə şərh edib:

“Çox yaxşı bir oyun oldu. Düşünürəm ki, azarkeşlər zövq ala bildilər. Sürətli oyunun şahidi olduq. Rəqibi yaxşı təhlil etmişdik. Futbolçularımız yaxşı təsir bağışladılar. Göstərdilər ki, çempionatın liderinə qarşı yaxşı oyun nümayiş etdirmək olar. Penaltidən fərqlənə bilmədik. “Sabah” çox güclü komandadır. Heyətində yaxşı oyunçular var.

Bizdə transferlər oldu, heyəti gücləndirdik. Səhvlərimiz üzərində çox işlədik. Müdafidə çoxlu səhvlər buraxırdıq. Bunların üzərində işlədik.

Bu oyundan əvvəl eşitmişdim ki, “Sabah” guya bizə üç qol vuracaq, bunu da özümüzə qarşı hörmətsizlik kimi qəbul edirəm. Rəqibə hörmətlə yanaşmalısan, həmçinin, özünə.

Rza Cəfərovdan danışmaq istərdim. Uzun müddət idi ki, oynamırdı. Bu gün isə yaxşı çıxışı ilə yadda qaldı. Həmçinin, yeni transferlərdən Turan Manafovu da təbrik edirəm. İlk oyununa çıxdı bu gün.

Transfer danışıqları gedir. Komandaya daha bir oyunçu cəlb etmək istəyirik.

Həqiqətən də, bizim əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Gücümüz çatacaq, ya yox, bilmirəm. “Neftçi” ilə oyuna 6 gün vaxtımız var. Bundan əlavə, təxirə salınmış oyunumuz var. Hazırda kubok oyunu barədə fikirləşmirəm. Mənim üçün ən vacibi “Neftçi” ilə qarşıdan gələn oyundur”.

Fəxri Rüstəmli

The post Tsxadadze: “Sabah”ı yaxşı təhlil etmişdik” appeared first on Komanda.az.

Before yesterdayMain stream

Azərbaycan çempionatları tarixində het-trik edən legionerlərin sayı 50-yə çatıb

2 February 2026 at 11:05

Azərbaycan çempionatları tarixində milliləşənlər də daxil olmaqla het-trik edən legioner futbolçuların sayı 50-yə çatıb.

Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Misli Premyer Liqasının 18-ci turu mövsümün ikinci het-triki ilə əlamətdar olub.

“Qəbələ”nin futbolçusu Domi Massumo “İmişli” ilə ev oyununda (3:2) qol vurub.

Konqoluya qədər Toral Bayramov fərqlənib. “Qarabağ”ın futbolçusu 5-ci turun “Araz-Naxçıvan”la səfər görüşündə (5:0) üç dəfə qol sevinci yaşayıb. Domi Premyer Liqa tarixində milliləşənlər də daxil olmaqla legionerlərin ümumilikdə 50-ci het-trikinə imza atıb. Bunlardan 42-si legioner statuslu, 8-i Azərbaycan pasportuna malik xarici futbolçuların payına düşür.

Azərbaycan çempionatlarında ən çox het-trik edən legioner Davit Volkovdur. Cari mövsümdə “Zirə”də çıxış edən gürcüstanlı 4 matçda fərqlənib. Əcnəbilərin ilk het-trikinə isə onun həmyerlisi, sonradan milliləşən Badri Kvaratsxeliya imza atıb. O, “Kəpəz”in formasını geyindiyi 1997/1998 mövsümündə 2 het-trik müəllifi olub.

The post Azərbaycan çempionatları tarixində het-trik edən legionerlərin sayı 50-yə çatıb appeared first on Komanda.az.

❌
❌