Normal view

Today — 29 October 2025Main stream

“Düşünmürəm ki, Yamal “Real”ı təhqir etmək niyyətində olub”

29 October 2025 at 14:13

“Piza”nın müdafiəçisi Raul Albiol “Barselona”nın vingeri Lamin Yamal haqqında danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı futbolçunun hələ çox gənc olduğunu deyib:

“Yamal çox gəncdir, hələ öyrənməli olduğu çox şey var və bu normaldır. Müəyyən açıqlamalar verərkən səhv edə bilər. Bu, bəzən hər kəsin başına gəlir. Keçən mövsüm fantastik oyunlar keçirdi, dünyanın ən yaxşılarından biri oldu, ona görə də bütün dünya onu izləyir. Amma onun cəmi 18 yaşı var və düşünürəm ki, onu tək qoymaq lazımdır. Əlbəttə ki, o, səhv hərəkət edib, amma düşünmürəm ki, o, “Real”ı təhqir etmək niyyətində olub”.

Yamal “el klasiko”dan bir neçə gün əvvəl “Real”ın daim fırıldaqçılıq və şikayət etdiyini iddia edib.

Madrid klubunun “Barselona” ilə qarşılaşması 2:1 hesabı ilə nəticələnib. Kataloniya klubu La Liqanın turnir cədvəlində “Real”dan beş xal geridədir.

Albiol 2009-2013-cü illərdə “Real”ın heyətində çıxış edib.

The post “Düşünmürəm ki, Yamal “Real”ı təhqir etmək niyyətində olub” appeared first on Komanda.az.

❌
❌