Normal view

Yesterday — 9 June 2026Main stream

“Fulhem” 14 futbolçu ilə vidalaşdı – Rəsmi

8 June 2026 at 17:00

İngiltərə Premyer Liqasında mübarizə aparan “Fulhem” klubu uğursuz 2025/2026-cı illər mövsümündən sonra 14 futbolçusu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə London klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, klub müqaviləsinin müddəti başa çatmış hücumçu Raul Ximenes və daha 13 futbolçu ilə yollarını ayırıb. London təmsilçisini 35 yaşlı ön xətt oyunçusu ilə yanaşı, qapıçı Stiven Benda, müdafiəçi Devan Tanton və gənclər komandasının 11 üzvü tərk ediblər.

Klubdan ayrılan gənc oyunçular arasında Çarli Robinson, Bredli De Hesus, Olli Qofford, Cozef Uolters, Tom Uingeyt, Kallum Kliff, Marsell Holl, Ruban Han, Oliver Mayer, Harli Pleytel və Kuinn Şutter yer alıblar.

Onların arasında olan 21 yaşlı Çarli Robinson dizindəki problem səbəbindən futbolçu karyerasını başa vursa da, London klubunun akademiyasında məşqçi kimi fəaliyyətini davam etdirəcəyi bildirilib.

Xatırladaq ki, “Fulhem” 2025/2026-cı illər mövsümündə İngiltərə Premyer Liqasında 38 oyuna topladığı 52 xalla 11-ci yeri tutub. Komanda 38 oyunda 15 qələbə qazanıb, 7 heç-heçə edib, 16 məğlubiyyətə üzülüb.

❌
❌