La Liqa klubu baş məşqçisi ilə vidalaşdı
“Real Sosyedad” klubu baş məşqçi Serxio Fransiskonu istefaya göndərib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirir.
46 yaşlı mütəxəssislə birlikdə San-Sebastyan komandasını onun köməkçisi Yosu Rivas da tərk edib.
İlin sonuna qədər san-sebastyanlılara əvəzedici komandanın baş məşqçisi Yon Ansoteqi rəhbərlik edəcək. Onun köməkçisi İmanol Aqirreçe olacaq.
Komanda hazırda La Liqada 16 turdan sonra 16 xalla 15-ci yerdədir. Fransisko bu posta iyulda təyin olunmuşdu.
The post La Liqa klubu baş məşqçisi ilə vidalaşdı appeared first on Komanda.az.