Normal view

Yesterday — 1 November 2025Main stream

İtaliyalı müdafiəçi “Qarabağ”ın rəqibinin hədəfindədir

1 November 2025 at 20:00

“Kalyari”nin müdafiəçisi Riyad İdrissi növbəti transfer mövsümü üçün diqqət mərkəzindədir.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, “İnter” və “Napoli” 20 yaşlı futbolçunun xidmətinə maraq göstərir.

İtaliyalı futbolçu keçən mövsüm B Seriyasının təmsilçisi “Modena” klubuna icarəyə verilib və orada yaxşı çıxış edib.

“Kalyari” gənc futbolçudan asanlıqla ayrılmaq istəmir. Daha əvvəl “Torino”, “Udineze” və “Cenoa”nın təklifləri rədd edilib.

İdrissi həmçinin, İtaliyanın U-21 millisində də çıxış edib.

“Napoli” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.

The post İtaliyalı müdafiəçi “Qarabağ”ın rəqibinin hədəfindədir appeared first on Komanda.az.

❌
❌