Robert Prosineçki Qırğızıstan millisində! – Rəsmi
Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki bundan sonra Qırğızıstan yığmasına rəhbərlik edəcək.
Arena.az xəbər verir ki, bu barədə Qırğızıstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
56 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
Xatırladaq ki, son olaraq Monteneqro yığmasına rəhbərlik etmiş Robert Prosineçki 2014-2017-ci illər aralığında Azərbaycan millisinin baş məşqçisi olub. Millimiz həmin dövrdə bu məşqçinin rəhbərliyi altında 23 matça çıxıb. Bu görüşlərdə 6 qələbə qazanmış Azərbaycan yığması, 6 heç-heçə edib, 11 görüşdə isə məğlubiyyətə üzülüb.
Prosineçki vaxtilə Bosniya və Herseqovina yığmasını da çalışdırıb. O, Xorvatiyanın “Rudeş”, Sloveniyanın “Olimpiya” (Lyublyana), Serbiyann “Srvena Zvezda”, Türkiyənin “Kayserispor” və “Dənizlispor” klublarında da baş məşqçi kimi çalışıb.