Normal view

Before yesterdayMain stream

Jordi Alba və Serxio Buskets karyeralarını bitirdilər

7 December 2025 at 12:00

ABŞ klubu “İnter Mayami”nin ispaniyalı futbolçuları – Jordi Alba və Serxio Buskets peşəkar karyeralarını başa vurublar.

Arena.az xəbər verir ki, bu, “İnter Mayami”nin MLS-in 2025-ci il mövsümünün final matçında “Vankuver Uaytkeps”i 3:1 hesabı ilə məğlub etdiyi oyundan sonra rəsmiləşib.

İspaniyalı futbolçular karyeralarında sonuncu klub matçını keçiriblər. 37 yaşlı Buskets 2025-ci ilin sentyabrında, 36 yaşlı Alba isə oktyabrda karyerasını başa vuracağını açıqlamışdı. Hər iki oyunçu 2025-ci il mövsümündən sonra futboldan getmək niyyətində idilər. Onlar “İnter Mayami”yə tarixində ilk MLS çempionluğu yaşatdıqları bu möhtəşəm mövsümün sonunda sözlərini tutublar və böyük futboldan getdiklərini bildiriblər.

2008-ci ildə karyerasına başlamış Serxio Buskets uzun illər “Barselona”da oynayıb. O, 2023-cü ilin yayında, Kataloniya klubunda 15 mövsüm keçirdikdən sonra, “İnter Mayami” ilə müqavilə imzalamışdı. Buskets klub karyerası ərzində 840 oyunda iştirak edib, 19 qol vurub və 62 məhsuldar ötürmə edib. Serxionun “İnter Mayami” karyerası 116 oyun, 1 qol və 16 assistdən ibarətdir.

“Barselona” və “Valensiya” akademiyalarının yetirməsi olan Alba isə hər iki klubun böyüklər üçün komandalarında oynayıb. Müdafiəçi 2023-cü ildən bəri “İnter Mayami”də oynayırdı. O, ABŞ klubunun heyətində 103 oyuna çıxıb, 15 qol və 33 assist müəllifi olub.

❌
❌