Normal view

Today — 4 June 2026Main stream

Siyasət Əsgərov: “Hər kəsdən qol gözləyirik”

4 June 2026 at 19:30

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Macarıstan yığması ilə oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, millimiz sabah – iyunun 5-də dünya çempionatının (DÇ-2027) seçmə mərhələsi çərçivəsində Sumqayıtda Macarıstan yığma komandası ilə üz-üzə gələcək.

Siyasət Əsgərov matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün Sumqayıtda oynamaq şərəfdir. Ümid edirəm ki, tribunada azarkeş də görəcəyik. Turnir cədvəlində ikinci pillədəyik. Rəqibdən bir xal geri qalırıq. Oyunun mahiyyətinin fərqindəyik. Matça maksimum hazırlaşmışıq. Bizim üçün qələbə önəmlidir. Bu oyuna fərqli planla çıxacağıq. Rəqibin harda boşluqlar verdiyini bilirik. Komandada psixoloji problemimiz yoxdur. Hər oyunda olduğu kimi, bu oyunda da, tək Sevincdən yox, irəli xətdəki hər kəsdən qol gözləyirik”.

Xatırladaq ki, Azərbaycan – Macarıstan matçı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil ediləcək. Oyuna saat 18:00-da start veriləcək.

❌
❌