Skott Maktominey mövsümün ən yaxşısı seçildi
Futbol üzrə Şotlandiya millisinin və “Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey 2024/2025-ci illər mövsümünün ən yaxşısı seçilib.
Arena.az xəbər verir ki, İtaliya Futbolçular Assosiasiyası A Seriyasında 2024/2025-ci illər mövsümünün laureatlarını açıqlayıb.
Mövsümün ən yaxşı futbolçusu “Napoli”nin yarımmüdafiəçisi Maktominey seçilib. Neapol təmsilçisi həm də “mövsümün ən yaxşı komandası” mükafatına layiq görülüb. Komandanın baş məşqçisi Antonio Konte isə ən yaxşı baş məşqçi olub.
Assosiasiya mövsümün rəmzi komandasını da açıqlayıb. İlk “11-lik” aşağıdakı kimidir:
Qapıçı: Mile Sviler (“Roma”);
Müdafiəçilər: Denzel Dumfris (“İnter”), Amir Rrahmani (“Napoli”), Alessandro Bastoni (“İnter”), Federiko Dimarko (“İnter”);
Yarımmüdafiəçilər: Skott Maktominey (“Napoli”), Nikolo Barella (“İnter”), Ticani Reynders (“Milan”/“Mançester Siti”);
Hücumçular: Lautaro Martines (“İnter”), Moyze Kin (“Fiorentina”), Matteo Reteqi (“Atalanta”/“Əl-Kadisiya”).