Normal view

Yesterday — 10 June 2026Main stream

“Mançester Yunayted” 6 ayrılığı rəsmən açıqlandı

10 June 2026 at 17:00

İngiltərə Premyer Liqasında növbəti mövsümə hazırlaşan “Mançester Yunayted” komandadan ayrılmış futbolçuların siyahısını açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Klub növbəti mövsümə hazırlıq çərçivəsində əsas komandanın 6 üzvü ilə yollarını ayırdığını rəsmən təsdiqləyib.

Kazemiro, Tayrell Malasiya və Ceydon Sanço komandanı tərk ediblər. 2022-ci ildə bu kluba transfer olunmuş Kazemiro hələ mövsümün gedişində komandadan ayrılacağını açıqlamışdı. Malasiya və Sanço isə müqavilələri yenilənmədiyi üçün komandadan ayrılıblar.

Bundan başqa, Rasmus Höylund icarə əsasında çıxış etdiyi “Napoli”yə birdəfəlik transfer olunub. Həmçinin Manuel Uqarte və Coşua Zirkze də komandanı tərk edəcək futbolçular sırasındadırlar.

Xatırladaq ki, “Mançester Yunayted” yay transfer pəncərəsi öncəsi heyətdə ciddi dəyişikliklər etməyi planlaşdırır. “Qırmızı şeytanlar” 2025/2026-cı illər mövsümündə İngiltərə Premyer Liqasında 71 xalla bürünc medalların sahibi olub və UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.

❌
❌