“İmişli”nin əməkdaşları Türkiyə klubunda təcrübə keçib
“İmişli” klubunun nümayəndə heyəti Türkiyənin Trabzon şəhərinə səfər çərçivəsində “Trabzonspor” futbol klubunda 5 günlük təcrübə proqramında olub.
Futbolpress.az xəbər verir ki, səfərdə klubun oyunların təşkili üzrə meneceri İlkin Əhmədov və komandanın meneceri Mədət Eminbəyli iştirak edib.
“Trabzonspor”un meneceri Əmrah Tokun dəvəti ilə baş tutan səfər zamanı nümayəndələr əsas komandanın bazası, qadın futbol akademiyası və aşağı yaş qrupları üzrə təlim-məşq mərkəzlərinin fəaliyyəti ilə tanış olub.
Səfər çərçivəsində klubun baş məşqçisi Fateh Tekke kə və rəhbərliklə keçirilən görüşlərdə oyunların təşkili, əməkdaşlıq imkanları və təcrübə mübadiləsi müzakirə edilib.
Bununla yanaşı, “Trabzonspor” klubunun uşaq futbol akademiyası ziyarət edilib, akademiyanın rəhbəri İlkər Ərdəmlə qarşılıqlı əməkdaşlıq perspektivləri geniş şəkildə müzakirə olunub.