Normal view

Yesterday — 27 October 2025Main stream

Vüsal Qənbərov əməliyyat olundu

27 October 2025 at 21:00

Azərbaycan Premyer Liqasının 9-cu turunda “Kəpəz”lə matçda ağır zədə almış “İmişli”nin futbolçusu Vüsal Qənbərov əməliyyat olunub. Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb. Vüsal qamış və incik sümüklərinin sınığı diaqnozu ilə əməliyyat əməliyyata məruz qalıb. Əməliyyat uğurla baş tutub və futbolçunun vəziyyəti stabildir. Bildirilir ki…

Source

“İmişli”nin futbolçusu əməliyyat olundu

27 October 2025 at 17:40

“İmişli”nın futbolçusu Vüsal Qənbərov “Kəpəz”lə keçirilən oyunda aldığı zədə nəticəsində qamış (tibia) və incik (fibula) sümüklərinin sınığı diaqnozu ilə 27 oktyabr 2025-ci il tarixində əməliyyat olunub.

Bu brədə Komanda.az-a bölgə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Leyla Behbudlu məlumat verib.

Qənbərova qamış sümüyünün sınığı səbəbilə intramedüllar çivi ilə osteosintez əməliyyatı icra edilib, incik sümüyündəki qırığa isə alçı sarğı tətbiq olunub. Əməliyyat uğurla həyata keçirilib, oyunçunun vəziyyəti sabit və qənaətbəxşdir.

Vüsal Qənbərov hazırda klubun tibbi heyətinin nəzarəti altındadır və yaxın günlərdə reabilitasiya mərhələsinə başlayacaq. Klub rəhbərliyi və həkim heyəti ona tam bərpası və tezliklə meydanlara qayıtması üçün bütün zəruri şəraiti təmin edir.

The post “İmişli”nin futbolçusu əməliyyat olundu appeared first on Komanda.az.

❌
❌