Normal view

Before yesterdayMain stream

Vensan Kompani “Bayern”lə yeni müqaviləyə imza atdı

21 October 2025 at 16:00

Futbol üzrə Almaniya çempionu “Bayern” baş məşqçisi, belçikalı mütəxəssis Vensan Kompani ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Belçikalı mütəxəssisin yeni sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Xatırladaq ki, Vensan Kompani 2024-cü ilin may ayının sonunda “Bayern”ə baş məşqçi təyin edilmişdi. Həmin vaxt belçikalı mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalanmışdı.

Çalışdırdığı müddətdə Kompani Almaniya nəhəngini 67 oyuna çıxarıb, 49 qələbə, 9 heç-heçə və 9 məğlubiyyət yaşayıb. Topların fərqi isə 194:66 nisbətindədir.

Kompani ötən mövsüm “Bayern”i Almaniya çempionu edib. Münhen təmsilçisi 2025/2026-cı illər mövsümünə də möhtəşəm başlayıb. Almaniya nəhəngi Bundesliqada keçirdiyi 7 oyunun hamısından qələbə ilə ayrılıb.

Xatırladaq ki, Kompani daha öncə “Anderlext” və “Börnli”də baş məşqçi kimi çalışıb.

The post Vensan Kompani “Bayern”lə yeni müqaviləyə imza atdı appeared first on ARENA.AZ.

❌
❌